YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi və siyasi təxribatlar üçtərəfli bəyanatlara ziddir

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Fransa Respublikasının Avropa və xarici işlər naziri Katerin Kolonna ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov həmkarına Ermənistanın postmünaqişə dövründə qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara zidd olaraq hərbi və siyasi təxribatlara əl atdığı, sentyabrın 12-13-də növbəti dəfə genişmiqyaslı hərbi təcavüz nəticəsində çox sayda hərbi qulluqçularımızın həlak olduğunu diqqətə çatdırıb. Ceyhun Bayramov, eyni zamanda, indiyə qədər Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı faktına diqqət çəkərək Ermənistanın təcavüz siyasətindən əl çəkməsinin vacib olduğunu bildirib.

Avropa və xarici işlər naziri Katerin Kolonna bölgədə gərginliyə görə dərin narahatlıq keçirdiklərini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin və problemlərin siyasi-diplomatik müstəvidə həll edilməsinin vacib olduğunu vurğulayıb.

Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.