YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eskalasiyada maraqlı deyilik

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “Əl-Cəzirə” telekanalının canlı efirində Ermənistanın irimiqyaslı təxribatları barədə məlumat verib.

Telekanalın jurnalistinin suallarını cavablandıran nazir müavini Ermənistan silahlı qüvvələrinin son bir neçə gün ərzində Azərbaycanın sərhəd rayonlarını intensiv atəşə tutduğunu, sentyabrın 12-də gecə saatlarında isə irimiqyaslı təxribata əl atdığını, hərbçilərlə yanaşı, Laçın və Kəlbəcər rayonlarında quruculuq işlərinə cəlb olunmuş mülki şəxsləri də hədəf aldığını diqqətə çatdırıb. O əlavə edib ki, həmin ərazilərdə bərpa-quruculuq işlər aparan Azərbaycan sərhəd rayonlarında vəziyyətin eskalasiyasında maraqlı deyil, əksinə sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası üzrə səylər göstərir.

E.Məmmədov vurğulayıb ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və hələ də Qarabağ ərazisindən erməni silahlıları çıxarılmır. O əlavə edib ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən Brüssel görüşündən sonra Ermənistanın bu cür təxribatlara əl atması təəssüf doğurur.

DİGƏR Xəbərlər Arxiv