YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq səviyyədə lazımi addımlar atılmalıdır

Norveçdəki “CAN” diaspor təşkilatı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən “genişmiqyaslı təxribatlarla bağlı bəyanat yayıb.

Krallıqda fəaliyyət göstərən “CAN” diaspor təşkilatı Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri böyük narahatlıqla izlədiyini və baş verən təxribatların azərbaycanlı əsgərlərin şəhid olmasına və yaralanmasına səbəb olduğunu bildirib.

Mətndə bildirilir ki, “CAN” diaspor təşkilatı Ermənistan qüvvələrinin bu təxribatlarını tez bir zamanda dayandırmasını gözləyir. Bununla yanaşı, təşkilat baş verən hadisələrə cavab olaraq beynəlxalq səviyyədə lazımi addımların atılmasını, yeni provokasiyaların qarşısının alınmasına ümid edir. Diqqətə çatdırılır ki, bu məqsədlə Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunması və Ermənistan tərəfinin üzərinə götürdüyü ikitərəfli və çoxtərəfli öhdəliklərə uyğun addımlar atılması zəruridir.

Bəyanatda deyilir: "CAN təşkilatı ümid edir ki, Norveç hakimiyyət orqanları, eləcə də mediası, həmçinin beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı əsassız təcavüzünü dərhal dayandırılması üçün addımlar atacaq”.

Qeyd edək ki, bəyanat Norveçdəki hökumət nümayəndələrinə, KİV-lərə və beynəlxalq təşkilatlara ünvanlanıb.