YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərdən sonra ilk...

“Bakıda  4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “SecurexCaspian” sərgilərinin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev sərgi iştirakçılarına ünvanladığı təbrik məktubunda vacib məqamlara toxunub”. Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, təbrik məktubunda keçirilən sərgilərin Vətən müharibəsindəki qazanılmış parlaq qələbədən sonra Azərbaycanın təşkil etdiyi ilk beynəlxalq müdafiə sərgisi olduğunu vurğulayan Ali Baş Komandanımız cənab İlham Əliyev, Azərbaycanın öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin Şanlı ordumuzun İkinci Qarabağ Müharibəsində qazandığı parlaq qələbədən bəhs edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin inkişaf etmiş ölkələrin hərbi mərkəzləri tərəfindən diqqətlə öyrənildiyini xüsusi vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyev təbrik məktubunda, Azərbaycan Silahlı Qüvvələrinin və ölkəmizin müdafiə qabiliyyətinin daha da gücləndiriləcəyini və “ADEX-2022” sərgisinin  Azərbaycanın müdafiə sənayesinin elmi-texnoloji potensialının artırılmasına müsbət töhfə verəcəyini bildirib.

Sədaqət Vəliyeva bildirib ki,  bu gün Azərbaycan ordusu öz qüdrətinə, nizamlılığına və gücünə görə dünyanın ən qabaqcıl orduları sırasındadır. Dünya ictimaiyyəti İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun gücünə və qəhrəmanlığına şahidlik etdi. Vətən müharibəsi zamanı Azərbaycan ordusu gücü və qüdrəti ilə yanaşı öz humanistliyini də göstərdi. İkinci Qarabağ müharibəsi zamanı bir nəfər belə olsun mülki erməni vətəndaşının burnu qanamadı:                                          

“Qüdrətli Azərbaycan ordusu Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apardı. Əlbəttə, bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğu və hərb sahəsində həyata keçirdiyi müdrik siyasətin nəticəsidir”,-deyə deputat vurğulayıb.