YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi diplomatiyanın uğurlu nəticəsi

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

 Azərbaycan artıq Avrasiya məkanında enerji resurslarını təmin edə biləcək etibarlı tərəfdaş ölkə kimi qəbul olunub. Ölkəmizin təbii ehtiyatlarla zəngin olması ilə yanaşı Azərbaycan Prezidentinin qətiyyəti, xarizmatik liderlik bacarığı, bütün razılaşmalara dəqiq əməl edilməsi və bu kimi vacib amillər Azərbaycana olan marağı daha da artırıb. Avropada enerji ehtiyatlarının tükəndiyi bir zamanda mövcud bazarı daha tez qazanmaq, rəqabətdə qalib çıxmaq iqtisadi diplomatiyanın uğuru sayıla bilər. Bu mənada Azərbaycanın Avropaya açdıgı pəncərə daha çox cografi maşstabı işıqlandıra bilir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Prezident İlham Əliyevin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında bir çox vacib məqamlara toxunulub. Prezident İlham Əliyev ölkəmizin Avropaya və dünyaya açıq olması ilə yanaşı tərəfdaşlıq qaydalarına də dəqiq əməl edilməsi şərtini vurğulayıb:”Avropa İttifaqı ilə Azərbaycan arasında enerji  sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir”.

Ölkə Prezidenti öz çıxışında bildirib ki, Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Göründüyü kimi Azərbaycan Avrasiya məkanında layiqli tərəfdaş ölkədir.