YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti mütərəqqi addım

“Məlumdur ki, Azərbaycanda qanunvericilik bazası daim təkminləşdirilir, yeni qanunlar qəbul olunur, mövcud qanunlara əlavə və dəyişikliklər edilir. Qanunvericilik hərəkətliliyi canlı bir prosesdir. Ötən dövr ərzində qanunvericilik prosesinə nəzər salsaq bunu aydın şəkildə görərik. Düşünürəm ki, hazırkı dövrdə müzakirəyə təqdim olunan növbəti layihə, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi kifayət qədər vacib sahəni əhatə edir və ilkin versiya olmasına baxmayaraq olduqca mütərəqqidir”.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, qanun layihəsini mütərəqqi edən tərəflərdən biri layihənin hazırlanmasına əksər partiyaların cəlb olunmasıdır. 39 siyasi partiya bu layihəyə öz təkliflərini verib. Bu proses layihənin konseptual olmasını şərtləndirən əsas amillərdəndir. Digər bir məqam isə qanun layihəsi ilə bağlı ictimai dinləmələrin təşkilidir. Artıq Milli Məclisin saytında ictimai dinləmələrlə bağlı elan yerləşdirilib. Bu addımın özü ali qanunverici orqanın prosesə demokratik yanaşmasının və bütün maraqlı tərəflərin layihənin müzakirəsinə cəlb olunması istəyinin göstəricisidir. Eyni zamanda, xüsusilə vurğulanmalı məqamlardan biri də hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunun təqribən 30 il bundan əvvəl qəbul olunmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi qanunvericilik hərəkətliliyi canlı bir prsosesdir. Digər sahələrdə olduğu kimi burada da əlavə və dəyişikliklərə ehtiyac var. Həm də onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiyaya qanunvericilik baxımından da dəstək vermək lazımdır.

“Yeni layihə hazırlanarkən həmçinin beynəlxalq təcrübəyə də müraciət olunmuşdur ki, bu da növbəti mütərəqqi addımdır. Düşünürəm ki, “Siyasi partiyalar haqqında” yeni qanun mahiyyət etibarı ilə Azərbaycanda siyasi proseslərə təkan verəcək”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv