YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda tələbə adını qazanan gənclərlə görüş

Goranboyda ali məktəblərə qəbul olan abituriyentlərlə görüş keçirilib.

Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, 96 saylı seçki dairəsinin Goranboy rayonunu əhatə edən ümumtəhsil məktəbləri üzrə ali məktəblərə daxil olan məzunlar, onların valideynləri və müəllimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Goranboy RİH başçısı Məhərrəm Quliyev və deputat Anar Məmmədov çıxışılarında məzunları, onların müəllimlərini və ailə üzvlərini təbrik edib, uğurlar arzulayıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Cari ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəb istifadəyə verilib, hazırda 960 şagird yerlik Dəliməmmədli şəhər tam orta məktəbin tikintisi, Qaraçinar və Tap kənd tam orta məktəblərinin əsaslı təmiri işləri başa çatdırılır.

Sonda tələbə adını qazanan 29 məzun və birinci sinfə qədəm qoyan 2 şəhid övladına hədiyyələr və fəxri fərmanlar təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv