YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı müvafiq qaydalar hazırlanıb

«Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Qanunvericilikdə müəyyən dəyişiliklər edilib və ölkə Prezidentinin fərmanı ilə bu dəyişikliklər təsdiq olunub. Növbəti mərhələdə isə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları təsdiq olunacaq». Bu fikirləri Baş nazirin müavini Əli Əhmədov deyib.

 Əli Əhmədov bildirib ki, artıq bu qaydalar hazırlanıb. Onun sözlərinə görə, qaydalar təsdiqləndikdən sonra dərmanların qiymətinin tənzimlənməsi həyata keçiriləcək.

«Bu, texniki baxımdan vaxt tələb edən bir prosesdir. Amma bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda dərmanların qiyməti süni surətdə şişirdilməsin. Təəssüflə qeyd etmək lazımdır ki, belə hallara rast gəlmək mümkündür. Eyni zamanda, dərmanların keyfiyyətinə nəzarət də vacib məsələdir. Bu nəzarəti də artırmaq lazımdır ki, insanlar nə dərmanların yüksək qiymətindən, nə də keyfiyyətinin aşağı olmasından əziyyət çəkməsinlər. Qaydalar hazırlanıb həyata keçirildikdən sonra hər iki məqsədə çatmaq mümkün olacaq»- deyə, Baş nazirin müavini vurğulayıb.