YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional sülh quruculuğu beynəlxalq diqqət mərkəzində...

Sentyabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fransanın Azərbaycandakı səfiri Zakari Qross ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Fransa səfirinin Azərbaycan üçün çox tarixi bir dövrdə fəaliyyət göstərdiyini bildirən nazir Ceyhun Bayramov, səfir Zakari Qrossun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini, onun peşəkar yanaşma nümayiş etdirdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, xüsusilə də dövlət liderləri arasında mövcud olan sıx təmasların münasibətlərin inkişafına, o cümlədən hər hansı məsələlərin müsbət şəkildə həllinə ciddi töhfə verdiyi vurğulanıb. Nazir xüsusilə humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafının davam etdiyini diqqətə çatdırıb.

Səfir Zakari Qross Azərbaycanda fəaliyyətini məmnunluqla qeyd edib. Səfir iki ölkə arasında iqtisadi, nəqliyyat-bağlantı, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini səsləndirib və ikitərəfli gündəliyin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib.

Nazir minaların təmizlənməsi sahəsində Fransa tərəfinin dəstəyini məmnunluqla qeyd edib. Azad edilən ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşünün tezləşdirilməsi baxımından ərazilərin minalardan təmizlənməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər ikitərəfli gündəlikdə duran məsələlər, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Nazir Ceyhun Bayramov səfir Zakari Qrossa gələcək fəaliyyətində uğurlar arzulayıb.

DİGƏR Xəbərlər Arxiv