YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə “Gender bərabərliyi” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı “Gender bərabərliyi” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli Azərbaycanda həyata keçirilən gender siyasəti haqqında danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar, xüsusilə qanunvericilik bazasının formalaşdırılması ölkəmizdə demokratik cəmiyyətin qurulmasına böyük töhfələr verib. F.Nəsirli Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  xidmətlərini xüsusi vurğulayıb.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu bildirərək, bu xüsusiyyətlərə sadiq olmanın vacibliyini söyləyib. F.Şadlinskaya Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu dövlət qadın siyasətindən, gender bərabərliyindən bəhs edərək, bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri də milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi fonunda gender bərabərliyinin zəruriliyini önə çəkiblər.              

Tədbir diskussiya formatında davam edib.