YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin xatirəsinə bulaq kompleksi inşa edilib

Cəlilabadda şəhid Paşayev Mahir Bəxtiyar oğlunun doğum günü münasibətilə xatirəsinin əbədiləşdirilməsi üçün adını daşıyan bulaq kompleksi inşa olunub. Kompleksin açılış mərasimində şəhidin ailəsi ilə birlikdə Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi, partiya fəalları iştirak ediblər

Mərasimdə çıxış edənlər Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yollarından danışıblar. Qeyd olunub ki, Mahir kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər Gününü tarixə yazıb. Bizə Qələbə sevincini yaşadan şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.