YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Şəhidlər xiyabanını ziyarət edib

Böyük Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Fergus Ould sentyabrın 1-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Bu barədə diplomat şəxsi tviter hesabında yazıb.

“Bu gün mən Şəhidlər xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”, - deyə səfir paylaşımında bildirib.