YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düzgün qərarlar Naxçıvanı uçurumdan xilas etdi

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Naxçıvan Muxtar Respublikasının ərazisinin blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, yaranan pərakəndəlik, daxili münaqişələr Naxçıvanda düzgün idarəçiyə, liderə ehtiyac yaradırdı. 1991-ci il sentyabrın 3-də bütün yaranmış problemlərin həlli üçün hər zaman vətənə sadiqliyi və peşəkarlığı ilə fərqlənən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvan parlamentinə sədr seçildi. Onun rəhbərliyi ilə Naxçıvanda yeni inkişaf, canlanma dövrü başladı. İlk olaraq Heydər Əliyevin rəhbərliyi ilə Muxtar Respublikada sosial-iqtisadi inkişafın, tərəqqinin əldə olunması üçün müxtəlif strategiyalar müəyyən edildi.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının parlamentində yüksək idarəçilik qabiliyyəti və gördüyü işlərin nəticəsi olaraq Azərbaycanda da müstəqilliyin əsası qoyulmuş oldu. Ümumilli Lider Naxçıvanda sədrliyə gəldiyi ilk dönəmdən etibarən xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının dirçəlməsinə nail oldu. Kifayət qədər təcrübəyə sahib olan Heydər Əliyevin düzgün qərarlar qəbul etməsi Naxçıvanı üzləşdiyi uçurumdan xilas etdi.

Nəinki Naxçıvanın, hətta müstəqil Azərbaycanın da inkişafı, dirçəlişi birbaşa olaraq Heydər Əliyevin adı ilə bağlıdır. İctimai-siyasi sabitliyin bərpası və vətəndaş cəmiyyətinin quruculuğu istiqamətində müəyyən işlər görən Heydər Əliyev xalqın rifahının yüksəldilməsinə, Naxçıvanda demokratik inkişafın təmin edilməsinə nail oldu. Ölkəmizdə dövlətçiliyin xilasını, əhalinin düşdüyü sosial problemlərdən xilas olmasını, dayanıqlı inkişafın təmin edilməsini birbaşa ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi hesab etmək olar.

Xalqın dahi şəxsiyyətə olan inamı və Heydər Əliyevin qüdrəti, əzmi, vətənə olan sevgisi bir araya gələrək Naxçıvan Muxtar Respublikasını üzləşdiyi çətin vəziyyətdən xilas etdi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan ən əhəmiyyətli qərarlardan biri isə 1990-cı il noyabrın 17-də üçrəngli Azərbaycan bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsi oldu. Bütün bunlar dahi liderin tariximizə, dövlətçilik ənənələrimizə, milli ideyalaramıza sadiqliyinin nümunəsi idi. Digər mühüm nailiyyətlərdən biri isə Türkiyə və İranla qarşılıqlı əməkdaşlığın yaradılması, regional əlaqələrin gücləndirilməsi idi.

Bir sözlə, bütün ömrünü Azərbaycanın müstəqilliyinə, suverenliyinə, dirçəlməsinə həsr edən Heydər Əliyev ölkəmizlə bağlı ən yaxşı uğurlara nail oldu. Bu gün dahi liderimizin uzaqgörən siyasətinin və Prezident İlham Əliyevin güclü iradəsinin, yüksək idarəçiliyinin nəticəsi olaraq üçrəngli bayrağımız Qarabağda, Şərqi Zəngəzurda dalğalanır.