YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid və qazi övladlarına məktəbli formaları və dərs ləvazimatları verilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, “Kral” ət məhsulları şirkətinin, Bakı Tekstil Fabrikinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə yeni tədris ili münasibətilə şəhidlərin və qazilərin məktəbli övladlarına forma və dərs ləvazimatları təqdim edilib.

Ziyarət zamanı şəhid və qazi övladlarına yeni tədris ilində uğurlar arzulanıb, dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.

Şəhid ailələrinin üzvləri, qazilər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.