YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi tariximizdə yeni era

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Müstəqil Azərbaycan dövlətinin qurucusu - memarı, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görüb.

Belə ki, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi islahatlar və görülən tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi yer tutub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik olub və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alınıb. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarlıq missiyasını çiyinlərində daşıyaraq həyata keçirilməsini təmin edib.

Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, Azərbaycan dövlətçiliyinin xilası, ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvan Muxtar Respublikasının vəziyyətini çətinləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayının 3-də ulu öndər Heydər Əliyevin Naxçıvan MR-in Ali Sovetinin Sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Sovetin Sədri seçilən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar respublikanın sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin vətənimiz və dövlətçiliyimiz üçün etdiklərini heç zaman yaddan çıxarmayıb və gələcəkdə də yaddan çıxarmayacaq.