YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sürətli inkişaf və təhlükəsizlik üçün yeni imkanlar

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Azərbaycan Respublikasının dünyanın nüfuzlu beynəlxalq təşkilatları və ayrı-ayrı dövlətləri ilə əlaqələri durmadan genişlənir. İstər siyasi, istər iqtisadi və istərsə də hərbi sahədə münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl iş aparılır. Azərbaycan tam müstəqil xarici siyasət həyata keçirir. Digər sahələrdə olduğu kimi, beynəlxalq münasibətlərdə də Azərbaycan dövlətinin və xalqının maraqları önəm kəsb edir. Dövlətimizin və xalqımızın maraqlarının ziddinə olan heç bir addım atılmır. Kənar qüvvələr tərəfindən Azərbaycan dövlətinin əleyhinə atılmış istənilən addıma cavab verilir. Prezident İlham Əliyev müxtəlif səviyyəli tədbirlərdə dəfələrlə qeyd edib ki, Azərbaycan tam müstəqil dövlətdir və heç kim Azərbaycanla təzyiq dilində danışa və öz maraqlarını diqtə edə bilməz. Azərbaycan qarşılıqlı hörmət prinsiplərinə üstünlük verir və Azərbaycan dövlətinin maraqlarına uyğun beynəlxalq münasibətlər qurulur.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanla Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər arasında münasibətlər ən yüksək səviyyəyə qaldırılaraq, qurumun yeni güc mərkəzinə çevrilməsi istiqamətində qətiyyətli qərarlar qəbul edilir. Prezident İlham Əliyevin Özbəkistana səfəri və səfər zamanı imzalanmış mühüm sənədlər iki dövlət arasında münasibətlərin hansı səviyyədə olduğunu göstərir. Hər iki dövlətin yaratdığı dövlətlərarası komissiyaların ayda bir dəfə ölkə başçılarına görülən işlər barədə məlumat təqdim etmələri, dövlət başçılarının ikili münasibətlərə necə önəm verdiklərini göstərir.  Qazaxıstan Prezidenti Kasum Jomart Tokayevin Azərbaycana rəsmi səfəri və səfər zamanı keçirilmiş tədbirlər və imzalanmış sənədlər iki qardaş dövlət arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu təsdiq etməklə yanaşı, yaxın gələcəkdə bu münasibətlərin daha üst səviyyəyə yüksələcəyini bir daha təsdiq etdi.

Qazaxıstanın ən yüksək mükafatının Prezident İlham Əliyevə təqdim edilməsi, iki dövlət arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, Qazaxıstan karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən dünya bazarına çıxarılması, Azərbaycanın malik olduğu logistik imkanlardan istifadə olunması hər iki dövlət arasında mal dövriyyəsinin artırılması yolu ilə qardaş dövlətlərin iqtisadi qüdrətinin artırılmasına mühüm töhfə verəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasət kursu Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməklə yanaşı, ölkəmizin daha sürətlə inkişafına və təhlükəsizliyinə yeni imkanlar yaradır.