YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və qarşılıqlı etimada əsaslanan xarici siyasət

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər dostluğa və qarşılıqlı etimada əsaslanır. Ölkələrimiz arasında demək olar ki, bütün istiqamətlər üzrə münasibətlər uğurla davam edir, həmçinin Azərbaycan və Qazaxıstan beynəlxalq müstəvidə bir-birini dəstəkləyən etibarlı tərəfdaş, dost və qardaş ölkələrdir.

Bir neçə gün öncə Qazaxıstan Prezidentinin Azərbaycan Respublikasına səfər etməsi və səfər çərçivəsində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə” nin imzalanması xüsusi əhəmiyyət kəsb edir və bu da ikitərəfli əməkdaşlıqda yeni səhifənin açılmasına bariz nümunədir.

Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev arasında bir çox sahələr üzrə səmimi danışıqların aparılması, xüsusilə iqtisadi, humanitar sahələrdə qarşılıqlı razılığın ifadə olunması ümumillikdə ölkələrimiz arasındakı münasibətlərin dərin tarixi köklərə, qardaşlıq əlaqələrinə əsaslandığını göstərir.

Ölkələrimiz arasında olan münasibətlər müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli liderimiz Heydər Əliyevin prezidentlik fəaliyyəti dövründə daha da möhkəmlənərək, yüksələn xətlə inkişaf edib. Həmin dövrlərdə Azərbaycanla Qazaxıstanın Xəzərin statusu və digər mühüm məsələlərdə birgə siyasət nümayiş etdirməsi ölkələrimizin indiyədək diplomatik arenadakı səylərini də xeyli yaxınlaşdırıb. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin çevik və uzaqgörən siyasəti ilə bu gün Azərbaycan beynəlxalq arenada böyük hörmət və nüfuz qazanmış qüdrətli dövlətə çevrilib.

Ölkəmizdə səfərdə olan Qazaxıstan prezidenti dövlətimizin başçısı ilə birlikdə dost və qardaş ölkənin turizm potensialının nümayiş olunduğu “Qazax yurtası”-nı ziyarət edib. “Qazax yurtası”-nın təşkili Qazaxıstanın müasir inkişafını, mədəni irsini, tarixini və digər milli ənənələri ilə tanışlıq məsələlərini özündə əks etdirmə prinsipinə əsaslanıb. Ümumilikdə layihənin təşkil edilməsi çox əsrlik tarixə söykənərək, iki dost və qardaş ölkənin mənəvi yaxınlaşmasına yönəlib.

Xüsusilə qeyd ediləcək məsələlərdən biri də Qazaxıstan Prezidenti tərəfindən görüş çərçivəsində dövlətimizin başçısı İlham Əliyevə Qazaxıstanın “Altın Kıran” - “Qızıl qartal” ali ordeninin təqdim olunmasıdır. Bu diqqət və dövlət rəhbərlərinin arasındakı səmimiyyət əsl dostluq nümunəsidir. Eyni zamanda dövlət başçıları arasında bir sıra rəsmi sənədlərin imzalanması Azərbaycan və Qazaxıstan münasibətlərinin yeni səviyyəyə çatdırılması sahəsində atılmış mühüm addımlardır.

DİGƏR Xəbərlər Arxiv