YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nemət Pənahlının əsl siması

Tahir Məmmədov

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Bu günlərdə sosial şəbəkələrin birində beş-on nəfərlik bir cılız yığıncaqda, özlərini "millət təəssübkeşləri" kimi qələmə verən beş-on nəfərin arasında yenidən zühür eləyən, keçmiş “meydan qəhrəmanı” Nemət Pənahlının da çıxışına qulaq asdım. Məntiqsiz, əvvəli-axırı bilinməyən çıxışına başlayandan sona kimi “mən”, “mən” deyən, keçmiş həbsxana həyatını qürurla xatırlayan bu adam - “bu ölkədə inqilabi texnologiyanı mənim qədər yaxşı bilən ikinci adam yoxdur” , - deyə qürurlanır, hətta rəhmətə gedən tanınmış ədəbiyyat, mədəniyyət xadimləri olan - xalq şairi Xəlil Rza Ulutürk, keçmiş deputat, xalq artisti Mikayıl Mirzə, tanınmış yazıçı-publisist Sirus Təbrizli haqqında hədyan sözlər danışmaqla onların adından Azərbaycanın görkəmli adamları barəsində şər-böhtan dolu təhqiramiz ifadələr işlətməkdən belə çəkinmir. Həmin bu Nemət Pənahlı - “Milləti oda aparacaq lider yoxdur”- deyə püskürür, qanlı 20 yanvar hadisələrini dilə gətirərək, o zamankı dəfn mərasimlərində iştirak edən dindarları “molla sürüsü” adlandırır! “Milləti oda aparacaq lider yoxdur" deməklə bu üzdəniraq partiya sədri nə demək istəyir? Lider də öz xalqını öz millətini oda – alova aparar?! Budur onun arzusu, istəyi?! Bu nə provakasiya, bu qan - qadalı çağırışdır ay nemətsiz, pənahsız Nemət Pənahlı!? Öz uzun-uzadı, məntiqsiz, boz çıxışında “oğru qanunlarının” xiffəti ilə ağzı sulana-sulana danışan, həbsxana gündəliyini təkrar-təkrar, dönə-dönə varaqlayan Milli Dövlətçilik partiyasının sədrinin sözünü iş o yerə çatır ki, həmin tədbirin rəyasət heyətində oturanlandan biri kəsir: “Ay Nemət Pənahlı, sən bura özün-özünü təbliğ eləməyə gəlmisən?”- deyə onu lağa qoyaraq replika atır.

Ən dəhşətlisi odur ki, bu – 60 yaşını artıq keçmiş, saqqalı callaşmış, ağlı, əqidəsi fikri düşüncəsi qapqara qalmış adam son illər ərzində böyük uğurları ilə dünyaya səs salan Azərbaycanımıza, hər səhəri qələbələrlə açan ölkəmizə həyasızcasına böhtanlar atır, hakimiyyəti, xalqımızı ləkələməyə çalışır. Amma bilmir ki, gündən- günə böyüyən, tərəqqi edən inkişafı ilə dünya üfüqlərində ən parlaq ulduz kimi bərq vuran bir ölkə - Müzəffər Ali Baş Komandanı, yenilməz Prezidenti olan Azərbaycan Respublikası heç vaxt ləkə götürməz, çünki axar, büllur çay ona atılanları axa-axa həmişə kənara tullayır...