YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə xatirəsi anılıb

Biləsuvar rayonunun Səmədabad kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əhədov Elxan Yəhya oğlunun doğum günü ilə əlaqədar xatirəsi yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı Samir Ağayev, ərazi partiya təşkilatlarının sədrləri Balaqardaş Kazımov, Aydın Bəşirov, ictimaiyyət nümayəndələri şəhidin əziz xatirəsinə inşa edilən abidə-bulaq kompleksini, kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra ziyarətçilər şəhidin ailəsinə baş çəkərək, onların qayğı və problemləri ilə maraqlanıblar. Söhbət zamanı şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Rayon təşkilatının sədri Kamil Qurbanlı bildirib ki, bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Qalib gəldiyimiz 44 günlük Vətən müharibəsində Birinci Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq. Ziyarət zamanı dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan da danışılıb.

Şəhidin qardaşı Arif Əhədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.