YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub

Tərtər rayonunun Səhlabad kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Aslanlı Orxan Şahmar oğlunun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Bu münasibətlə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Tərtər RİH başçısı Müstəqim Məmmədov Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Orxan Aslanlının nümunəsində şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.

Sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.