YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam, etimad, sədaqət və xeyirxahlıq

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşkilatının sədri

Birinci vitse-prezident Mehriban xanım Əliyeva - inam, etimad, sədaqət, humanizm, xeyirxahlıq, yaxın sirdaş və silahdaş ünvanı!

Bütün bu xüsusi keyfiyyətləri özündə birləşdirən, nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da daha aydın etiraf edilən Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın köməkçisi, silahdaşı və sirdaşı kimi siyasi elitada xalqın sevimlisinə çevrilərək xeyirxahlıq və ümid yeri olmuş və "Bizim Mehriban" adını qazanmışdır!

Mehriban xanım Əliyeva müasir Azərbaycan tarixində bir çox layihələrin və ideyaların müəllifi kimi ilkə imza ataraq, Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişafında özünəməxsus dividentlər gətirməklə, ölkəmizin dünya arenasında nüfuzunun artmasında böyük rol oynamışdır!

Mehriban xanım Əliyeva öz ağlı, savadı, siyasi təcrübəsi, eleqantlığı ilə güclü qadın obrazıda bütün Avropada Şərq - Müsəlman qadının nəyə qadir olduğunu sübuta yetirərək stereotipləri aradan qaldırmış, özünün siyasi və elitar, kübar davranışını nümayiş etdirərək hər bir azərbaycanlının və müsəlman şərqlinin qürur mənbəyinə çevrilmişdir!

Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanı Prezident İlham Əliyevin ən yaxın sirdaşı və silahdaşı kimi görür və Heydər Əliyev ideyalarının həyata keçirilməsində bir çox layihələrin və tədbirlərin icrasının təşəbbüskarı və rəhbəri kimi tanıyır.

Mehriban xanım Əliyevanın ictimai-siyasi xadim kimi böyük təcrübəsi, fəal ictimai mövqeyi, Azərbaycanın mədəni dəyərlərinə və tarixi irsinə dərindən bağlılığı, beynəlxalq müstəvidə apardığı uğurlu layihələrin icrası onun xalqın sevimlisinə çevrilməsində başlıca məqsədlərdəndir.

Eyni zamanda Mehriban xanım Əliyevanın cəmiyyətin və iqtidarın daxili vəhdətinin, milli həmrəyliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi hər bir azərbaycanlı tərəfindən qiymətləndirilir.

Hər bir Azərbaycan vətəndaşları və onun hüdudlarından kənarda cənab Prezident İlham Əliyevin əzəmətli tarixi nailiyyətlərində, qazanılan böyük uğurlarında, qələbələrlə nümayiş olunan uğurlu siyasətinin həyata keçirilməsində yaxın silahdaşı kimi - Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini bariz şəkildə görməkdədir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəliyyətinin ən dəqiq qiyməti öz ifadəsini şübhəsiz ki, insanların ona olan böyük hörmət və ehtiramında, sevgi və inamında, onu xeyirxahlıq və ümid yeri kimi görməsindədir!