YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yay Məktəbinin tədbirləri gənclərdə müsbət təəssürat yaradıb

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının gənclərinin I Yay Məktəbi işini davam etdirməkdədir. Belə ki, bu dəfə Yay Məktəbinin iştirakçılarının Kral ət məhsulları şirkətinə ekskursiyası təşkil olunub.

Şirkətin gənc mütəxəssislərinin müşayiəti ilə keçirilən ekskursiyada istehsal prosesi ilə tanışlıq olub. Məlumat verilib ki, ölkəmizin ət məhsulları istehsalı sektorunda aparıcı mövqeyə malik olan şirkətlərdən biri də “Hakan Foods”dur. “Hakan Foods” MMC təmizlik və halallıq ünvanı olaraq 2001-ci ildən “Kral” markası altında istehsala başlayıb və şirkətin prioriteti insanları halal və ekoloji təmiz ət məhsulları ilə təmin etməkdir. Ekskursiya zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb, xatirə hədiyyələri təqdim olunub.

Yay Məktəbinin iştirakçılarının 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında məğlubiyyətə uğrayan düşməndən qənimət götürülmüş hərbi texnikaların nümayiş etdirildiyi “Hərbi Qənimətlər Parkı”na da səfəri təşkil olunub. Gənclərə “Hərbi Qənimətlər Parkı” haqqında məlumat verilib. Hərbi Qənimətlər Parkına ekskursiya gənclərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.

Sonra Yay Məktəbinin iştirakçıları üçün təlim keçirilib. “BMT-nin dayanıqlı inkişaf məqsədləri və Azərbaycan” mövzusunda təlimi gənc təlimçi Əli Babazadə aparıb, gənclərin suallarını cavablandırıb.

Günün sonunda gənclərin asudə vaxtının səmərəli təşkili üçün Yay Məktəbinin iştirakçılarının IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkına ekskursiyası baş tutub.