YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın şəhərində Azərbaycan bayrağı ucaldıldı

Ərəb KİV-lərində Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması barədə xəbərlər yayımlanıb.

Misirin “Əl Əhram”, “Əl Fağr”, “Nəbd”, Birləşmiş Ərəb Əmirliklərinin “Emarat”, Livanın “Əl Nashra” qəzetlərində avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması haqqında materiallar dərc olunub.

Xəbərlərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım edib. Dövlət başçısı bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.