YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üç zəng, dörd məsələ, beş məqam – TƏHLİL / VİDEO

Cənubi Qafqazda hərbi-siyasi gərginliyin aradan qaldırılmasının, sülh və etimad quruculuğunun zəruriliyi diqqət mərkəzində olarkən nəzərlər yenə də Azərbaycana yönəlib.

Fransa Prezidenti Emmanuel Makronun, ABŞ dövlət katibi Antoni Blinkenin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə telefon zəngləri zamanı müzakirə olunan məsələlər və diqqətə çatdırılan məqamlar bu reallığı təsdiqləyir.

Üç telefon zəngində əks olunan dörd məsələ hadisə və proseslərin mahiyyətini, Azərbaycanın prinsipial mövqeyini dəqiq ifadə edir.

- birincisi, Azərbaycan Prezidenti hər üç telefon danışığı zamanı regionda sülhyaratma prosesinə mane olan amili - qeyri-konstuktiv ünvanı dəqiq göstərdi. Dövlət başçısı son təxribatlara toxunaraq “məsuliyyət Ermənistanındır” - deyə qətiyyətlə vurğuladı;

- ikincisi, ölkə rəhbəri Azərbaycanın həm tələbini diqqətə çatdırdı, həm də iradəsini ortaya qoydu. Bildirdi ki, qanunsuz erməni hərbi birləşmələrinin ünsürləri ərazimizdən çıxarılmalı və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəaları həyata keçirilməlidir;

- üçüncüsü, Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasının başa çatmaq üzrə olduğunu dedi. O vurğuladı ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya ediləcək. Yəni Azərbaycan üçtərəfli Bəyanatdan və yeni reallıqlardan irəli gələn məsələlərin icrasını təmin edir. Qalib dövlət sözünə və öhdəliklərinə sadiqdir;

- Dördüncüsü, istər Fransa, istər ABŞ, istərsə də Avropa İttifaqı Azərbaycanın mövqeyini nəzərə alır, üstün tutur və ölkəmizin proseslərdə fəal və pozitiv iştirakını təqdir edir.

Üç telefon danışığında əks olunan dörd məsələ öz növbəsində beş reallığın üzərinə işıq salır:

- birincisi, Bakının haqlı və prinsipial mövqeyi tam adekvat yanaşma kimi qəbul olunur. Yəni müharibə bitib, reallıqları heç kim dəyişdirə bilməz. Addımlar postmüharibə dövrünün çağırışlarına və şərtlərinə, yeni geopolitik şəraitə uyğun atılmalıdır;

- ikincisi, regionda geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. Xüsusi olaraq nəzərə alınır ki, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan bölgədə yeni nizam yaradır. Üstəlik, bu fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, bir çox dövlətlər, o cümlədən güc mərkəzləri üçün cəlbedici və faydalıdır. Yeni situasiya həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir;

- üçüncüsü, Azərbaycan və Ermənistan məhz Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Başqa yol və “yol xəritəsi” yoxdur;

- Dördüncüsü, regional təcrid vəziyyətində olan, müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın üçtərəfli Bəyanatın tələblərini tam icra etməkdən, sülh gündəliyi çərçivəsində aparılan danışıqlara uyğun öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu - əlavə şansı və alternativ imkanları yoxdur;

- Beşincisi, önəmli və aşkar bir reallıq var: regionun bugünkü və gələcək geosiyasi taleyi ilə bağlı fikir mübadiləsi, əsas müzakirələr Azərbaycan Prezidenti ilə aparılır. Qalib dövlətin Müzəffər Ali Baş Komandanının - lider dövlətin Liderinin rəyinə və mövqeyinə üstünlük verilir.  

Azərbaycan Prezidenti isə sözünün imzası qədər dəyərli və keçərli olduğunu bir daha və yenidən sübut edir.