YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələrinə və qazilərə dövlət tərəfindən daim diqqət göstərilir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl rayon İcra Hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul zamanı tövsiyə və tapşırıqlarını verdi. Prezident xüsusi olaraq vurğuladı: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar”.

Ölkə başçısının rayonlara və digər strukturlara təyin etdiyi hər bir rəhbər şəxs insanların qayğısına qalmalı, var qüvvəsi ilə çalışmalıdır. Bunun üçün kifayət qədər resurslar var, sadəcə olaraq insani keyfiyyətlər bu məsələdə xüsusi önəmə malikdir. Vətəndaş dərdini deyə bilməyəndə, üzləşdiyi problemdən çıxış yolu üçün məsləhət ala bilməyəndə bunun fəsadları daha böyük olur. Vətəndaşların problemlərinin çözülməsinə nail olmaq mümkündür. Sosial ədalət varsa vətəndaş narazı qalmayacaq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan xalqı ölkə rəhbərliyinin xarici, daxili siyasətini dəstəkləyir.

Prezident İkinci Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələrinin daim diqqət mərkəzində saxlandığını, müharibə əlillərinə xüsusi diqqət ayrıldığını, onların məişət problemlərinin dövlət tərəfindən həll edildiyini, bu işdə yerli məmurların qüsursuz fəaliyyət göstərməli olduqlarını bildirib. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. Bu proses davam etdirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı, məşğulluğu ilə maraqlansınlar. Bunlar hər bir məmurun ümdə borcu olmalıdır.

DİGƏR Xəbərlər Arxiv