YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Zərifə xanım Əliyevanın həyat yolu çoxşaxəli, şərəfli olmuşdur

«Dünya təbabətində, eləcə də, minilliklərdən qaynaqlanan Azərbaycan tibb elmində parlaq iz qoymuş, kəsərli sözünü demiş, öz dövründə yaşayaraq fitri elmi müdrikliyi ilə gələcəyə çox faydaları və əbədiyaşar elmi-təfəkkür körpüsü salmış korifeylərimiz sayca çox deyil. Bu gün biz dünyamızın mənəvi kamilliyinin ən uca zirvəsində dayanaraq öz ziyası ilə bəşəriyyəti işıqlandıran, müqəddəs xatirəsi milyonlarla insanların qəlbinə, beyninə, ürəyinə isti bir məlhəm kimi axan qüdrətli bir şəxsiyyətin, heyrətamiz elm fədaisinin, insanların təkcə gözlərinə yox, şüuruna, həyatına, taleyinə gur işıq seli axıdan böyük bir insanı - akademik Zərifə xanım Əliyevanı xatırlayırıq». Bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Zərifə xanımın timsalında həkim, əsilzadə, xanım-xatın, nəcib və zərif bir Azərbaycan qadınının obrazı gözümüz qarşısında canlanır. Onun sözlərinə görə, adı dünyalarca tanınan, böyük bir nəslin layiqli övladı, öz övladlarına dünyada ən nümunəvi sayılmağa layiq, istəkli, kövrək bir ana görürük.

«Zərifə xanım Əliyevanın həyat yolu çoxşaxəli, şərəfli olmuşdur. O, sıravi həkimlikdən tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyünə-akademikliyə qədər, oftalmologiya kafedrasının müdiri vəzifəsinə qədər yüksəlib. Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin, gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında böyük əmək sərf edib»- deyə, S.Fətəliyeva vurğulayıb.