YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə işgüzar səfərdədir

İyulun 21-də Türkiyədə Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin ikinci Üçtərəfli Görüşü keçiriləcək. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti tədbirdə iştirak etmək üçün İstanbul şəhərinə işgüzar səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin ikinci Üçtərəfli Görüşündə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

İşgüzar səfər iyulun 22-də başa çatacaq.