YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın geopolitik mövqeyi möhkəmlənib

Eldar Əsədov

YAP Tərtər  rayon təşkilatının sədri     

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə mühüm məqamlarla yadda qaldı. Dövlət başçısının xarici siyasət kursu ilə bağlı mesajları ölkəmizin geopolitik mövqeyinin gücləndiyini, regionun lider dövləti olan Azərbaycanın beynəlxalq münasibətlərin mühüm qüvvələrindən birinə çevrildiyini təsdiqlədi.

Prezident İlham Əliyevin fikirləri respublikamızın  beynəlxalq güclər üçün əhəmiyyətini tam şəkildə ortaya qoydu.  Azərbaycan liderinin rəsmi İrəvanın hər hansı bir destruktiv hərəkətinə qarşı sərt təpki göstəriləcəyini qətiyyətlə bildirməsi xüsusi qeyd edilməlidir. Bu, həm də dövlətimizin haqlı mövqeyinin dünya tərəfindən qəbul edildiyinin bariz nümunəsi kimi diqqət çəkdi. Eyni zamanda, ölkə rəhbərinin müşavirədə Ermənistanın Azərbaycanın beş şərti ilə razılaşmasını və sülh sazişinin imzalanmasının mümkünlüyünü elan etməsi çox əhəmiyyətli məqam idi.

Prezident  İlham Əliyevin mesajları hərb meydanında öz ərazi bütövlüyünü bərpa edən dövlətimizin diplomatik arenada da qalib mövqedə olmasının təsdiqi idi. Dövlət başçısının 10 noyabr Bəyannaməsinin müddəalarının yerinə yetirilmədiyi təqdirdə Azərbaycanın gücünü düşmənə göstərəcəyini ifadə etməsi də mühüm siyasi əhəmiyyət daşıdı.

Azərbaycan özünün iqtisadi, siyasi və hərbi qüdrəti ilə dünya çapında mühüm bir mövqedə qərarlaşıb. Buna görə dövlətimizə  qarşı böyük maraq yaranıb.

 Danılmaz fakt ondan ibarətdir ki,ölkəmizuğurla  inkişaf edir. Bütün bunlar Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasətinin məntiqi nəticəsidir.

DİGƏR Xəbərlər Arxiv