YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə rayondakı Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

YAP Şamaxı rayon təşkilatında davam edən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə bütün sahələrdə misli görünməmiş canlanma baş verdi, qısa müddət ərzində ölkə əsrə bərabər inkişaf yolu keçdi. Bu illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil oldu. Yaradılmış əlverişli şərait cəmiyyətin potensial qüvvələrini hərəkətə gətirdi, bunun nəticəsində xalqımızın milli mənlik şüurunda böyük oyanış baş verdi. Məhz həmin dövrdə Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli yə başqaları da çıxışlarında ümummilli lider Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərindən bəhs edib.

Sonda “Tərəqqi yolunun başlanğıcı” adlı film numayiş olunub.