YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhid və qazi ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının əməkdaşlarının və Ərazi Partiya Təşkilatının nümayəndələrinin iştirakı ilə Ağstafa rayonunda Qurban bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət olunub, onlara bayram sovqatları təqdim edilib.

Şəhid və qazi ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.