YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərəb Parlamentinin üzvləri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransını yüksək qiymətləndiriblər

“Əl Balad”, “Əxbar Əl Yom” qəzetlərində və Ərəb Parlamentinin telekanalında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı haqqında müsahibə və məqalələr yayımlanıb.

Ərəb Parlamentinin vitse-spikeri Əbdül Kərim Qureşi qəzetlərə müsahibəsində “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının ərəb ölkələrinin parlamentləri üçün aktual məsələlərin – Yəmən, Suriya, Livan, Fələstin və Liviyadakı problemlərin həlli yollarının müzakirə olunduğu mühüm beynəlxalq platforma olduğunu deyib. Onun sözlərinə görə, Ərəb Parlamentinin spikeri Adel bin Əbdül Rəhman Əl-Asuminin tədbirdəki çıxışında da qeyd olunub ki, Qoşulmama Hərəkatı Yaxın Şərqdə mövcud olan silahlı münaqişələrin həllində əhəmiyyətli rol oynaya bilər.

Bakı konfransında Ərəb Parlamenti nümayəndə heyətinin tərkibinə daxil olmuş Şaalan Əl-Kərim də yüksək səviyyədə təşkil olunmuş tədbirin qlobal və ərəb dünyası üçün əhəmiyyətindən danışıb. O bildirib ki, hazırda dünyada gedən mürəkkəb proseslər, o cümlədən müharibə və humanitar fəlakətlər müstəqil siyasət yürüdən ölkələrin beynəlxalq arenada daha fəal olmasını tələb edir. Ərəb parlamentari qeyd edib ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə fəaliyyətinin keyfiyyətcə yeni – daha səmərəli mərhələsini yaşayır.