YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarix yaradan şəxsiyyət, əbədiyaşar Lider

Mehdi Balabəyov

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri 

Tarix elə bir şəxsiyyətlər yetişdirir ki, onlar daim xalqın yaddaşına həkk olunur, xalqın böyük sevgisini qazanır. Belə dahi şəxsiyyətlərdən biri ulu öndər  Heydər Əliyevdir. Ümummilli Liderimizin fəalliyyəti dahilik, müdriklik  zirvəsidir. Ulu öndər Heydər Əliyev  xalqı üçün yaşadı, yaratdı, bütun ömrünü özünün də qeyd etdiyi kimi, xalqına həsr etdi.

Xalq da daim Ona arxalanıb, Ona inanmışdı. Ulu Öndər elə bir dahi şəxsiyyət idi ki böyükdən kiçiyə, hər kəsin sevgisini qazanmışdı. Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki Heydər Əliyev kimi dövlətini, xalqını sevən, onun gələcəyi barədə düşünərək növbəti inam və etimad ünvanını göstərən Ulu öndəri var. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider  Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdi. Azərbaycan çox ağır günlər və ağır sınaqlar keçmişdi. Lakin həmin günlərdə xalqımızın Ulu Öndərimiz kimi bir çırağı və ​ ümidi var idi.  Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.​

Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimiz əmin əllərdədir. Ümümmilli Liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı ən yüksək zirvələrə aparır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, xalqımızda yaratdığı ruh yüksəkliyi 44 gündə 30 ilin işğalına son qoyulması, ədalətin bərpası ilə nəticələndi. Azərbaycan zəngin dövlətçilik tarixinin Zəfər səhifəsini yazdı. Elə bir səhifə ki illər, əsrlər keçsə də heç zaman unudulmayacaq. Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir.

Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs, lider kimi təsdiq etmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri illər keçdikcə daha dərindən dərk ediləcək və onun ideyaları hər zaman Azərbaycanın qarşısında yeni üfiqlər açacaq.  Nə qədər ki müstəqil  Azərbaycan dövləti var, Azərbaycan xalqı var,  Heydər Əliyev ürəklərdə  yaşayacaqdır!