YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada sülh və sabitliyə töhfə verən ölkə imici formalaşdırıb

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Bu gün Azərbaycan İlham Əliyev siyasəti ilə dünyada yüksək nüfuza sahib ölkəyə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə və etibarlı tərəfdaşa çevirilib. Xüsusilə Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Vətən müharibəsində xalqımız yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində Azərbaycan ordusu möhtəşəm qələbə qazandı. Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır.

Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”

Bu gün Böyük Qayıdış üçün bütün mövcud potensiallar səfərbər olunub. İşğaldan azad olunan ərazilərimizdə bərpa-quruculuq işləri gedir, ərazilərimiz cənnət məkanına çevirlir, topaqlarımızda həyat yenidən bərpa olunur, erməni faşistlərinin həmin ərazilərə vurduğu ciddi ziyan tədricən aradan qaldırılır. Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri beynəlxalq aləmin də diqqət mərkəzindədir.

Görülən işlər nəticəsində inanırıq ki, Qarabağımız əvvəlkindən də gözəl və cəlbedici olacaq. Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır.Ölkəmiz ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi edən ölkə kimi tanınır. Ölkəmizin dünyanın beynəlxalq münasibətlər mövzusunda roluna baxsaq bu durmadan artır, yəni ilbəil biz artıq dövlətimizin baş verən proseslərdə mərkəzçi rolunun şahidi oluruq. Bu gün dünyanın gözü yenidən Azərbaycandadır. Ölkəmizdə IX Qlobal Bakı Forumu həyata keçirilir və bundan bir neçə gün öncə Şuşada Azərbaycan-Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin 1-ci ildönümünə həsr olunan möhtəşəm Beynalxalq konfransın keçirilməsi dünyanın diqqətini yenidən Azərbaycana yönəltdi. Baş vermiş proseslərdə Bakı Forumunda səsləndirilmiş fikirlər məhz həmin dövrün çağrışlarının da aktuallığı ilə seçilir. Biz tematik baxımından, mövzu seçiminə də baxsaq əvvəlki forumlarda olduğu kimi bu forumun da mövzusu məhz bu gün bütün dünyanı narahat edən qlobal problemə həsr olunub. Dünya düzəninin fərdi müasir dönəmdəki təhdidlərinin aradan qaldırıması və təhdidlərə cavab vermək, bu mövzunun müzakirəsinə həsr olunub.

Forumun açılış mərasimində Prezident İlham Əliyev tərəfindən çox vacib fikirlər səsləndirildi. Forumda ümumilikdə dünyanı narahat edən məsələlər tezis olaraq qaldırıldı. İlham Əliyevin verdiyi mesajları dünya birliyinə çağrış kimi qiymətləndirmək olar. Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirilib.

Dövlətimizin başçısı bildirib ki: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir". Ermənistan regionda sülhün, sabitliyin bərqərar olması üçün Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.

Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Ölkəmiz bu gün Ermənistana sərhədlərin delimitasiya və demarkasiya edilməsini və iki ölkənin ərazi bütövlüyünün tanınmasını təklif edir. Ermənistan hakimiyyəti bu realllıqları qəbul etməlidir. Azərbaycan dövləti hər zaman ədalətin tərəfdarı olduğunu dünyaya göstərib və bu gün ölkəmiz dünyada sülh və sabitliyə töhfə verən ölkə imici formalaşdırıb”.

DİGƏR Xəbərlər Arxiv