YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Zaur Cəfərovun ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 37 nömrəli ərazi partiya təşkilatının üzvləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mədəniyyət evi, Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evinin kollektivi şəhid polkovnik-leytenant Cəfərov Zaur Hüseyn oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə Zaur Cəfərovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Zaur Cəfərov 2020-ci il oktyabrın 10-da Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv