YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda tədbir keçirilib.

Gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə YAP Masallı rayon təşkilatında baş tutan tədbir ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemə ictimai nəzarətin zəruriliyindən bəhs edib.

Natiq vurğulayıb ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, gənclərin formalaşması, onların sağlam böyüməsində ən vacib amillərdən biridir. Onun sözlərinə görə, narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından maksimum istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.

Sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğunu vurğulayan Seyfəddin Əliyev sağlam gənc nəslin formalaşması üçün maarifləndirmə işində “narkomaniyaya yox”! deyərək, sağlam həyat və mənəvi kamilliyə çağırıb.

Tədbirdə iştirak edən Masallı Rayon İcra hakimiyyətinin nümayəndəsi Azər Bəhmənov, Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları şurasının sədri Məmmədağa Şiriyev və digərləri də çıxışlarında narkomaniyaya düçar olmuş insanların doğru yola çəkilməsi üçün maarifləndirmə işlərinin aparılmasının zəruriliyindən bəhs ediblər.

DİGƏR Xəbərlər Arxiv