YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İƏT-in Baş katibi təşkilata üzv ölkələri Bakıda keçiriləcək turizm nazirlərinin 11-ci konfransında fəal iştirak etməyə çağırıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha təşkilata üzv ölkələri iyunun 27-dən 29-dək Bakıda keçiriləcək İƏT Turizm Nazirlərinin 11-ci Konfransında fəal iştirak etməyə çağırıb. O vurğulayıb ki, turizm sektoru İslam ölkələri arasında ticarətin həcminin artmasında mühüm rol oynayır.

Hissein Brahim Taha Seneqalın paytaxtı Dakarda keçirilən turizm sərgisinə təbrik-müraciətində qeyd edib: “İƏT qarşıdakı üç ildə üzv ölkələr arasında ticarət dövriyyəsinin 25 faiz artırılması məqsədinə nail olmaq istiqamətində fəaliyyət göstərəcək. Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası, İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası yarandığı gündən bəri ticarətin maliyyələşdirilməsi, biznes sığortası əməliyyatları və özəl sektor fəaliyyətlərinə dəstək üçün 140 milyard dollar vəsait ayırıb. Mən ticarəti təşviq edən agentliklərin hamısını bu mümkün hədəfin həyata keçirilməsi istiqamətində bütün İƏT ailəsi ilə əməkdaşlığı davam etdirməyə çağırıram”.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi bildirib ki, iki ildən bir keçirilən ümumi ticarət yarmarkasının təşkili və ixtisaslaşdırılmış ticarət yarmarkalarının müntəzəm keçirilməsi İƏT-ə üzv dövlətlər arasında ticarət və xidmətlərin təşviqi üçün mühüm alətdir.

DİGƏR Xəbərlər Arxiv