YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda Milli Qurtuluş Gününün 29-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Ülvi Quliyev, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Yasamal rayon bələdiyyə sədri Tahir Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad ediblər.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. B.Nəbiyev qeyd edib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Tədbirdə məruzə ilə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal Rayon İcra Hakimiyyətinin baçşısı Elşad Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Xanımağa İsmayılova əlamətdar günün böyük ictimai-siyasi və tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən geniş bəhs ediblər.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsi şəhidi, XTQ kapitani Nurlan Mustafayevin anası, YAP Yasamal rayon təşkilatı “H.Cavid pr.33A” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rəhilə Ramazanovaya doğum günü münasibətilə hədiyyələr təqdim olunub. O cümlədən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə və bir sıra əməkdaşlara fəxri fərmanlar təqdim olunub.