YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda Qurtuluş Günü ilə əlaqədar ədəbi-bədii tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının, Qaradağ Rayon İcra Hakimiyyətinin və Lökbatan qəsəbəsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Məclisin deputatı Səbinə Xasayeva, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Munis Bayramov, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 1993-cü ilin iyununda ölkədəki ictimai-siyasi vəziyyət, özbaşınalıq, anarxiya və xaosdan bəhs edib. Bildirib ki, Azərbaycan xalqının təkidli tələbi ilə iyunun 15-də hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc müstəqil respublika qaçılmaz fəlakətdən qurtuldu, ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu.

Tədbir Ə.Əmirov adına Mədəniyyət Sarayının “Elvina” rəqs qrupunun solistləri Tural Mehri və Məbud Əhmədovun ifasında maraqlı konsert proqramı ilə davam edib.