YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, partiya üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax RİH başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, şəhid Səbuhi Məmmədovun anası Cəvahir Bənnayeva, Qazax RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  Samir Çobanov, “Qazax Gənclər evi” Sosial Xidmət Müəssisəsi ərazi partiya təşkilatının sədri Vüsal Hüseynov Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıblar. Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev müstəqillik tarixinin ən parlaq səhifələrini yazıb.

Sonra Qazax Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirin sonunda partiya sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.