YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda Vətən müharibəsi qazisi ziyarət olunub

Milli Məclisin deputatı Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev YAŞAT Fondu tərəfindən müalicə məqsədilə qardaş Türkiyəyə göndərilən və 10 günlük müddətə respublikaya dönən  Vətən Müharibəsi qazisi, Borsunlu kənd sakini Nəsirov Elmar Elmir oğlunu növbəti dəfə evində ziyarət ediblər.

Görüşdə Goranboy Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, YAP rayon təşkilatının nümayəndələri,  rayon ağsaqqalları və ziyalıları da iştirak ediblər. Görüş iştirakçıları qəhrəmanlığa görə  qaziyə öz ürək sözlərini bildirib, onun qayğıları ilə maraqlanıblar.

44 günlük Vətən müharibəsində döyüş tapşırığını yerinə yetirən zaman ağır xəsarətlər alan Qarabağ qazisi Nəsirov Elmar keçdiyi döyüş yolundan, özünün və yoldaşlarının göstərdikləri igidlikdən danışıb. O, dövlət başçısı İlham Əliyevə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.