YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatı ərazi partiya təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı “8-ci mikrorayon, İ.Dadaşov küçəsi 70A” ünvanı üzrə ərazi  partiya  təşkilatında görüş keçirilib.

Ərazi partiya təşkilatının üzvü, Azərbaycan Dövlət Su Təsərrüfatı Layihə İnstitutunun direktoru Elbrus Paşayev Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi, siyasi, sosial islahatlardan bəhs edib.

Ərazi partiya təşkilatının üzvü, Azərbaycan Dövlət Su Təsərrüfatı Layihə İnstitutunun mühəndisi İlqar Salmanlı Prezident, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və partiyamızın daha yüksək nailiyyətlərə imza atacağına əminlik ifadə edib.

YAP Binəqədi rayon təşkilatnın sədri Vüsar İsmayılov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı və məqsədyönlü islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində dövlətimizin qüdrəti daha da möhkəmlənir, xalqımızın rifah halı yüksəldilir. Vüsar İsmayılov, həmçinin Vətən müharibəsində qazandığımız zəfərdən bəhs edərək vurğulayıb ki, tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun sayəsində mümkün oldu.

Rayon təşkilatının sədri bugünkü və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verərək, ərazi partiya təşkilatının daha da uğurlu və keyfiyyətli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da səmərəli qurulması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. İlqar Salmanlı “8-ci mikrorayon, İ.Dadaşov küçəsi 70A” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Könül İsgəndərova isə sədr müavini seçiliblər.

DİGƏR Xəbərlər Arxiv