YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yavuz Selim Kıran: Bütün ölkələrlə ikitərəfli və regional əməkdaşlığımızı inkişaf etdirmək üçün mühüm addımlar atırıq

Türkiyə Respublikası olaraq, biz, insanlığın sülh və dialoq içində yaşamasını istəyirik. Qarşıdurmaların dayandırılması istiqamətindəki səylərimizi daha çox diqqət mərkəzinə aldığımız bu dövrdə təbii ki, başda türk dünyası, can Azərbaycan olmaqla bütün ölkələrlə həm ikitərəfli, həm də regional əməkdaşlığımızı inkişaf etdirmək və gücləndirmək istiqamətində mühüm addımlar atırıq. Bu çərçivədə ən böyük arzumuz hər birimiz üçün böyük bir sınaq olan Rusiya ilə Ukrayna arasındakı böhranın bir an əvvəl dayandırılmasıdır. Türkiyə olaraq Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu istiqamətdə diplomatik səylərimizi artırmışıq və bunu eyni şəkildə davam etdirəcəyik. Arzumuz qarşıdurmaların bitməsi, Avrasiya İqtisadi Zirvəsinin də verdiyi mesajın əsası olaraq bölgəmizin bir sabitlik və rifah içində olmasıdır.

Bu fikirləri Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran İstanbulda media nümayəndələrinə açıqlamasında bildirib.

İstanbulda keçirilən XXV Avrasiya İqtisadi Zirvə toplantısını dəyərləndirən nazir müavini deyib: ““Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi 25 ildir Avrasiya İqtisadi Zirvəsinə uğurla ev sahibliyi edir. Təəssüflər olsun ki, son zamanlar pandemiya səbəbindən onlayn panellərlə bu zirvəni keçirirdik. Bu gün gördük ki, hər kəs qarşı-qarşıya bir yerdə olmaq üçün çox darıxıb. Bu gün “Mərmərə Qrupu”nun dəvəti ilə dünyanın dörd bir yanından yüksək səviyyəli dövlət nümayəndələri, hörmətli şəxslərlə bir yerdəyik. Başda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım olmaqla bir sıra dəyərli şəxslərlə birlikdə Avrasiya coğrafiyasının sahib olduğu zənginliklərin bu regionda yaşayan beş milyard insan, eləcə də bütün insanlığın rifah və sabitliyinə istiqamətləndirilməsi üzrə çox dəyərli fikirlər səsləndirildi”.