YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəli Yıldırım: Bundan sonra Ermənistan bölgənin sülh və sabitliyinə töhfə verməlidir

Qarabağın 30 illik işğalı dövrü ərzində bir milyondan artıq azərbaycanlı qardaşlarımız öz yurd-yuvasını tərk etmək məcburiyyəti qarşısında qaldı. Bu dövr ərzində baş qaldıran iqtisadi böhran səbəbindən erməni xalqı da bir çox çətinliklərlə üzləşdi. ATƏT-in Minsk qrupu, Birləşmiş Millətlər Təşkilatı bu otuz il ərzində sadəcə danışdı və heç bir nəticəyə gələ bilmədi. Nəhayət ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə bu problem öz həllini tapdı.

Bu fikirləri Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım İstanbulda keçirilən XXV Avrasiya İqtisadi Zirvə toplantısında çıxışı zamanı bildirib.

Hazırda bölgə xalqları kimi bizim üzərimizə düşən vəzifənin bu coğrafiyanın inkişafına töhfə vermək, buranı sülhün və əmin-amanlığın məskəninə çevirmək olduğunu deyən Binəli Yıldırım qeyd edib ki, indi uğurla atılan addımlar var və bu addımlar öz bəhrəsini verir. “Nəhayət, Zəngəzur dəhlizi ilə bağlı razılığa gəlindi. Uzun illərdir tərk edilən Qarabağın infrastrukturu Azərbaycan dövləti tərəfindən yenidən qurulur, yollar və kommunikasiya xətləri çəkilir. Türkiyə olaraq bizim bütün bu olanlara münasibətiniz aşkardır. Bundan sonra Ermənistan xarici qüvvələrin onun daxili işinə qarışmasına imkan verməməli, öz xalqının, dövlətinin, bütün bölgənin sülh və sabitliyinə töhfə verməlidir. Ermənistanın bu istiqamətdə atdığı hər addıma qarşılıq olaraq biz bir neçə addım atacağıq”, - deyə B.Yıldırım vurğulayıb.