YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Vətən Müharibəsi Qəhrəmanı Samir Allahverdiyevin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən, o cümlədən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunan Allahverdiyev Samir Elçin oğlunun xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.

Lənkəranda təşkil olunan turniri Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşları Böyükağa Axundov, Yalçın Əliyev “M.M.Axund küçəsi 94” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Bəsirə Əzimova, Lənkəran-Astara regional təhsil idarəsinin sektor müdüri Ülviyyə Əliyeva və Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Sədi Axundov, Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə, şəhid ailələri və qazilər, futbolsevərlər izləyiblər.

Final oyunundan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, sonra Dövlət Himni səsləndirilib.

Çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsindəki Zəfər salnaməmiz tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Bu möhtəşəm Qələbə Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Ordumuzun şücaəti, qəhrəmanlığı, xalqımızın birliyi hesabına qazanılıb.

Daha sonra qalib və mükafatçı komandalara diplom və medallar təqdim edilib.

Sonda tanınmış incəsənət nümayəndələri tərəfindən rəşadətli Azərbaycan Ordusunu və Qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları səsləndirilib.