YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bayram tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və Kəlbəcər Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

21 saylı Kəlbəcər rayon tam orta məktəbdə baş tutan tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon Təhsil şöbəsinin nümayəndələri və məktəbin kollektivi iştirak edib.

Milli Məclisin deputatı Aqil Məmmədov uşaqları bayram münasibəti ilə təbrik edib, ölkəmizdə ulu öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində göstərdiyi diqqət və qayğıdan danışıb, bu qayğının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov söyləyib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatələ olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir.

DİGƏR Xəbərlər Arxiv