YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Lənkəranda bayram tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı 2 saylı ərazi partiya təşkilatı ilə birgə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sağlamlıq imkanları məhdud olan uşaqlarla əyləncəli tədbir keçirib.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, 2 saylı ərazi partiya təşkilatının sədri Ramin Hücətov iştirak edib.

Tədbirdə çıxış edən İqbal Əmənullayev bayram münasibətilə uşaqları təbrik edib, dövlət uşaq siyasətinin uğurlarından bəhs edib. Bildirib ki, ölkədə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində zəruri şərait yaradılıb, bu sahədə yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılıb.

2 saylı ərazi partiya təşkilatının sədri Ramin Hüccətov çıxışında Azərbaycanda uşaqların müdafiə olunması, onlara diqqət və qayğının göstərilməsi istiqamətində böyük işlərin görüldüyünü deyib.

Daha sonra tədbir uşaqlar üçün hazırlanmış əyləncəli proqram ilə davam edib.

Sonda uşaqlara bayram hədiyyələri verilib.

DİGƏR Xəbərlər Arxiv