YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı internat məktəbinin şagirdləri üçün bayram tədbiri təşkil edib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sağlamlıq imkanları məhdud 12 saylı xüsusi internat məktəbinin şagirdləri üçün bayram tədbiri keçirib. Attraksion və müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulmuş əyləncə növləri uşaqların tam ixtiyarına verilib.

Bildirilib ki, uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı Dövlət proqramları qəbul edilib, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb, hər bir sahədə geniş vüsət almış quruculuq işləri uşaqların təhsili və intellektual inkişafı istiqamətinə də yönəldilib. Vurğulanıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər də ölkəmizdə bu istiqamətdə formalaşan ənənələrin hələ uzun illər yaşayacağına zəmanət verir.

DİGƏR Xəbərlər Arxiv