YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda sülhün təmin olunması üçün Azərbaycan-Türkiyə səylə çalışır

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Artıq 30 ildir ölkəmiz dayanmadan inkişaf edir, Azərbaycan xalqı müstəqil xalq kimi yaşayır. Müstəqillik dövrümüzdə bizə ən yaxın, ən çox dəstək olan ölkə qardaş Türkiyə dövləti olub. Hər iki ölkə bir-birinə qarşılıqlı dəstək olaraq birlikdə bir çox işlər görüblər.

Azərbaycan-Türkiyə münasibəti nə qədər çox inkişaf edərsə, regionda sabitlik, sülh bir o qədər artacaq. 44 günlük Qarabağ müharibəsinin ilk günündən son gününədək Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə əlavə ruh və güc verdi. Türkiyə tək müharibə ərzində deyil, müharibədən sonra da, sülh dönəmində də Azərbaycanın mövqeyini dəstəklədi və tariximizin ən önəmli anında - Zəfər Paradında bizlə bir yerdə oldu. Azadlıq meydanında hər iki ölkənin hərbi qüvvələrinin birgə paradı dünyaya verilən aydın mesaj idi.

Qardaşlıq bağlarını gücləndirən digər önəmli hadisə isə keçən il Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış “Şuşa Bəyannaməsi” oldu. Siyasi, iqtisadi, mədəni, ordu quruculuğu və digər sahələr üzrə birlikdə əməkdaşlığı nəzərdə tutan bu bəyannamə müttəfiqliyimizi daha pik həddə çatdıracaq.

“TEKNOFEST”in Azərbaycanda keçirilməsi, Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin və “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Azərbaycana gəlməsi, cənab Prezident İlham Əliyev tərəfindən bu vətənpərvər şəxslərin gənclərə örnək kimi göstərilməsi əlamətdar və tarixi hadisə idi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da “TEKNOFEST”də çıxış edərək önəmli mesajlar verdi, səmimi qardaşlıq münasibətlərindən danışaraq bunun əbədi olacağını bildirdi. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Qarabağ müharibəsində düşmənə qarşı vuruşarkən ürəyimizin, sevincimizin, kədərimizin bir olduğunu qeyd etdi.

Azərbaycan tarixi və mədəniyyəti eyni olan Türkiyə ilə bir araya gələrək inkişafımızı, əlaqələrimizi daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün hər iki dövlət səylə çalışır.

DİGƏR Xəbərlər Arxiv