YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın tolerantlıq siyasəti ölkəmizi dünyada tanıdan ən mühüm dəyərlər kimi qəbul olunur

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Müstəqillik günü ərəfəsində Böyük Qayıdışa start verildi. Bildiyimiz kimi bu sahədə ilk addım Zəngilanın Ağalı kəndində atıldı. Hazırda ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes mühitinin yaradıldığı Ağalı kəndi 30 ildən sonra öz sakinlərini qarşıladı. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa olunması da nəzərdə tutulub. Əhalinin rifahı və rahat yaşaması üçün burada əlverişli infrastruktur qurulub. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir, dəmir yolları, avtomobil yolları çəkilir. Həmçinin, Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Bu aqropark həm də kənd sakinlərinin məşğulluğunu təmin edəcək. Gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. Bu gözlənilən idi, çünki Qarabağı heç vaxt görməyən cavan nəsil Qarabağ uğrunda ölümə getdilər. Hazırda nəinki Zəngilan bütün Qarabağ bölgəsində insanların qayıdışı üçün şərait yaradılır, quruculuq işləri dayanmadan sürətlə gedir.

Bu gün ölkəmizin həyata keçirdiyi siyasət Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına, xalqların rifahı naminə əməkdaşlıq mühitinin yaradılmasına xidmət edir. Azərbaycanın tolerantlıq siyasəti ölkəmizi dünyada tanıdan ən mühüm dəyərlər kimi qəbul olunur desək yanılmarıq.

Hər zaman ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin rahat, təhlükəsiz şəraitdə yaşamasına şərait yaradılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti də Cənubi Qafqazda bütün xalqların dostluq şəraitində yaşamasına zəmin yaradır. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və bundan sonra da olmayacaq. Bu səbəbdən də  Azərbaycan vətəndaşlığında ölkəmizdə yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları kimi qorunacaqdır.

DİGƏR Xəbərlər Arxiv