YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “8-ci mkr, İ.Dadaşov küçəsi 70A ” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş iclasında çıxış edən ərazi partiya təşkilatının üzvü, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin direktoru Əhliman Verdiyev və ərazi partiya təşkilatının üzvü, Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş mühasibi Kamal Əzizov bildiriblər ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub. Bu zaman kəsiyində öz siyasi xəttinə sadiq qalaraq, xalq, dövlət qarşısında xidmətləri, eləcə də ölkəmizin uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib.

İclasda yekun nitq söyləyən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün partiya üzvlərini salamladı. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Bu gün ümummilli liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya böyük gücə çevrilib. Qarabağ zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla və qətiyyətlə irəliləyəcək. Vüsar İsmayılov çıxışının sonunda partiyada həyata keçirilən islahatlar və VII qurultaydan sonrakı durum barədə ətraflı məlumat verdi, ərazi partiya təşkilatının üzvlərinə tövsiyyələrini çatdırdı.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Kamal Əzizov yekdilliklə “8-ci mkr, İ.Dadaşov küçəsi 70A” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Novruz Şirəliyev isə sədr müavini seçilib.

Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.